Çoxumuz təmiz hava və yaraşıq xatirinə otağa müəyyən dibçəklər yerləşdiririk. Lakin çoxumuz fərqinə varmırıq ki, bəzi bitkilər tarakan kimi arzu olunmayan həşəratları cəlb edir.
Lent.az-ın xəbərinə görə, tarakanlar isti və rütubətli yerləri sevir. 1 tarakan 3 gün ac qala bilər, lakin quru mühitdə 1 günə məhv olur. Buna görə də bəzi bitkilər onun su və rütubət ehtiyacını təmin etdiyi üçün bitkinin ətrafına toplanır.
Söhbət hər bitkidən deyil, gündəlik suvarılan otaq bitkilərindən gedir. Bura ilk növbədə orxideyalar və tropik bitkilər daxildir. Sözügedən dibçəklər tarakanlar üçün ideal məkandır.
Təbii ki problemdən çıxış yolu da var: Evi təmiz saxlamaq və bitkilərin suvarılma intensivliyini müvəqqəti olaraq azaltmaq.