Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
Lent.az xəbər verir ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.
Qeyd edək ki, növbəti - Od çərşənbəsi martın 1-i, Yel (Hava) martın 8-i, axırıncı - Torpaq çərşənbəsi isə martın 15-də qeyd olunacaq.