Bişirmək üçün çıxardılan əti yenidən soyuducuya  qaytarmayın – SƏBƏB
05 mart 2024 14:46 (UTC +04:00)

Bişirmək üçün çıxardılan əti yenidən soyuducuya qaytarmayın – SƏBƏB

Bir çox insanlar məhsulun daha uzun müddət saxlanılması üçün əti satın aldıqdan sonra dərhal dondurucuya qoyur. Daha sonra o bişirilməzdən sadəcə bir neçə saat əvvəl çıxarılır. Ancaq elə olur ki, ət soyuducudan çıxarılır, donu açılır. Amma daha sonra yemək bişirmək fikrindən daşınılır. 

Lent.az xəbər verir ki, ilk baxışda əti yenidən soyuducuya qaytarmaqda heç bir problem görülmür. 

Amma əslində bu ətin keyfiyyətinin pozulmasıdır. Belə ki, ət yenidən dondurulduqda məhsulun strukturu dəyişə bilər. Nəticədə, bişirildikdən sonra o daha sərt və quru olur.

Bunlar yenidən dondurmanın tək mənfi cəhəti deyil. Həmçinin, bu zaman məhsulun dadı da dəyişir. Bundan əlavə, bu sağlamlığınız üçün də zərərlidir.

Təkrar dondurma bakterial çirklənmə ehtimalını daartırır. Mikroblar donduqdan sonra ikinci dəfə çoxala bilər və bu, sağlamlıq problemlərinə gətirib çıxara bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10530
avatar

Sevinc Fərid

Oxşar yazılar