Bəzi ağaclar  gəzir
06 dekabr 2023 16:36 (UTC +04:00)

Bəzi ağaclar gəzir

Elm adamları bəzi ağacların gəzə biləcəyini deyiblər. Bu ağacın ən böyük nümunəsinin sahəsi 1347 kvadratmetrdir. Tədqiqatçılar Hindistan xalqı arasında müqəddəs sayılan nadir ağacdan söz açıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Banyan ağacı (və ya Böyük Banyan) özünəməxsus köklərindən istifadə edərək "gəzməyə" qadirdir.

O qədər çevikdir ki, ağac mümkün olan maksimum miqdarda işıq və qida əldə etmək üçün hərəkət edə bilər.

Bu unikal qabiliyyət tutduğu əraziyə görə ona ən böyük ağac adını verib. Banyan ağacına baxsanız, elə bil ki, qarşımızda bütöv bir meşə var, amma əslində söhbət yalnız bir böyük ağacdan gedir.

Böyük Banyan kimi tanınan ən böyük nümunə 1347 kvadratmetrdir. O, Kolkatadakı Acharya Jagadish Chandra Bose Botanika Bağında yerləşir.

Boğulan əncir kimi də tanınan banyan ağacı digər ağacların üzərinə düşən toxumlardan böyüyür. Sonra köklərini aşağı endirir və onunla digər ağacları boğur. Daha sonra ağac xarakterik köklər əmələ gətirir, onlardan ayrı böyüyən ağacı xatırladan budaqlar çıxır.

Banyan ağacının "gəzməsi" insanlar üçün son dərəcə yavaş və görünməzdir. Bununla belə, onun böyük bir zaman ehtiyatı var, çünki bu ağacın ömrü 250 ilə 500 il arasındadır.

Banyan ağacı təkcə özünəməxsus bioloji xüsusiyyətə malik deyil, həm də simvolik məna daşıyır. Hindistan xalqı arasında bu ağac "Vata-vrikşa" kimi tanınır və ölüm tanrısı İama ilə əlaqələndirilir. Bu səbəbdən belə ağaclar çox vaxt krematoriyaların yaxınlığında yetişdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7854
avatar

Fidan İlqar

Oxşar yazılar