Həkimlər kişinin bağırsaqlarında diri milçək aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Missuri ştatında həkimlər tibbi müayinə zamanı kişinin bağırsaqlarının içərisində uçan milçək aşkar edib.
63 yaşlı xəstə yoğun bağırsaq xərçəngi üçün rutin müayinədən keçib. Xəstənin özü heç bir əlamətlə qarşılaşmadığını və həşəratın onun bədəninə necə daxil ola biləcəyi barədə heç bir fikri olmadığını iddia edir.
Mütəxəssislər iddia edir ki, bu cür hallar yalnız yeyilən qidanın içərisində yumurta və milçək sürfələri olduqda baş verir.