ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədovu potensial cinayətkar haqqında məlumat verdiyinə görə Kampbell Şəhər Polis İdarəsindən xüsusi mükafat alıb.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumata görə, polis, Fərrux Məmmədovun zənginin yüzlərlə insanın həyatını xilas etdiyini güman edir. Və bu, ABŞ polisinin layiqincə qəhrəman adlandırdığı Fərruxun sayəsində baş verib.