Az gəlirlə belə, pula qənaət etməyin yolları var. Araşdırmalara görə, ailənizə oyun formatında qənaət etməyi öyrədə bilərsiniz.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kiçik bir gəlirlə az-çox əhəmiyyətli məbləğ toplamaq üçün siz maliyyə planlaması ilə məşğul olmalı və bütün ailə üzvlərini bu prosesə cəlb etməlisiniz. Büdcə yaratmalı və ona sadiq qalmalısınız.
Bu üsul bütün ailə üçün maraqlı maliyyə oyununa çevrilə bilər və heç bir əlavə səy göstərmədən gələcək investisiyalara başlamaq üçün kiçik bir məbləğə qənaət etməyə kömək edəcək.
Aşağı gəlirli insanların çoxu iqtisadiyyatda baş verənlərlə, dolların məzənnəsi, vergi endirimləri və digər dəyişikliklərlə maraqlanmır. Bu yanaşma əslində yanlışdır.
Pulun olmadığını əsas gətirərək və özünüzü maliyyə proseslərindən təcrid edərək, maddi vəziyyətinizi yaxşılaşdırmaq mümkün deyil.