Avtomobil nömrəsi ona lotereyada BÖYÜK MƏBLƏĞ QAZANDIRDI
07 aprel 2022 19:56 (UTC +04:00)

Avtomobil nömrəsi ona lotereyada BÖYÜK MƏBLƏĞ QAZANDIRDI

ABŞ-ın Merilend ştatının “İri Balıq” ləqəbli sakini lotereyada 25 min dollar pul udub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, şanslı oğlan oyunda özünəməxsus üsuldan istifadə edib.

Ştat sakini oyunda kiçik qardaşının avtomobilinin nömrələrindən istifadə edib. O, bir neçə tiraj üçün ard-arda səkkiz lotereya bileti alıb və istifadə etdiyi maşın nömrəsindəki rəqəmlər ona uğur gətirib.

Lotereya qalibi puldan necə istifadə edəcəyi ilə bağlı konkret planının olmadığını deyib:

“Qardaşımın maşınını təmir edəcəm, uduşların bir hissəsini beş bacımla bölüşəcəm”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2955
avatar

Rəsul SARI

Oxşar yazılar