Avropada istidən ən çox ölənlər bu şəhərdədir
06 may 2023 15:33 (UTC +04:00)

Avropada istidən ən çox ölənlər bu şəhərdədir

Paris Avropanın istidən ölüm riskinin ən yüksək olduğu şəhərlər siyahısında liderdir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın paytaxtında yüksək temperatura görə ölüm statistikası Avropanın digər 854 şəhərindən çoxdur.

Araşdırmalara görə, parislilər arasında Avropanın digər şəhərlərinin sakinləri ilə müqayisədə istiliklə bağlı ölüm riski daha yüksəkdir.

Tədqiqata daxil edilən Avropanın 854 şəhəri arasında bütün yaş qrupları arasında istiliklə bağlı ən yüksək "ölüm göstəricisi" Fransanın paytaxtındadır.

Tədqiqat Avropa miqyasında 2000-ci ilin yanvarından 2019-cu ilin dekabrına qədər aparılıb. 

Yaşı 85 və daha yuxarı olan yaşlı insanlar üçün temperaturun artması səbəbindən Parisdə ölmə ehtimalı başqa yerlərə nisbətən 1,6 dəfə yüksək olub. Fransanın paytaxtından sonra isə isti hava nəticəsində ölüm çoxluğu Amsterdam və Zaqreb şəhərləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Sevinc Fərid

Oxşar yazılar