Avropada ən çox satılan  10 avtomobil
02 sentyabr 2025 16:51 (UTC +04:00)

Avropada ən çox satılan 10 avtomobil

0

“Avtostat” Avropanın ən populyar 10 xarici avtomobilini sadalayıb.

Lent.az xəbər verir ki, “Dacia Sandero” hetçbeki 2025-ci ilin iyul ayının yekunlarına görə Avropa bazarında satışların lideri olub.

Yayın ortasında bu modelin Avropadakı satışı 21 min ədəd təşkil edib. İkinci yerdə “Volkswagen T-Roc” qərarlaşıb — 20,7 min ədəd. Üçüncü yeri isə “Toyota Yaris Cross” tutub, bu modeli 17 min avropalı seçib.

İlk onluğa həmçinin daxil olublar: “Volkswagen Tiguan” krossoveri (16,2 min əd.), “Volkswagen Golf” (15,6 min əd.), “Skoda Octavia” (15,3 min əd.), “Kia Sportage” (15 min əd.), “Dacia Duster” (14,8 min əd.), “Renault Clio” (14,3 min əd.) və “Opel Corsa” (14 min əd.)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 567

Oxşar yazılar