Altı cüt əkiz eyni məktəbdə paralel olaraq Böyük Britaniyanın Pembrukşir qraflığındakı Fişqard məktəbində oxumağa başlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, dördü eyni yumurtadan olan 11 yaşlı əkizlər müxtəlif ibtidai məktəblərdən köçürüldükdən sonra eyni məktəbdə dərs ilinə başlayıblar.
Elena və İzabell Hall, Uilyam və Çarli Mayls, İtan və Rayan Mürrey, Anven və Keris Fillips əkizlərdir. Əkizlər Kimberli və Uilyam Tomas, Ceris və Oueyn Uilyams da onlarla birlikdə təhsil alırlar.
Müəllimlər onları ayırd etməyi öyrənməyə çalışırlar. Yeddinci sinif müəllimi Emma Bouen deyib ki, o, uşaqların bəzilərini məktəb başlamazdan əvvəl tanıyır: “Onların davranışlarında kiçik fərqləri necə tez görməyə başlamağınız təəccüblüdür. Onların hamısı çox şanslıdır”.
Altı cütlükdən beşi 2010-cu ildə Pembrukeşirdə anadan olub. Yerli sakinlər zarafatla bildiriblər ki, qeyri-adi hadisənin səbəbi “suya qəribə bir şey düşməsidir”. Onların valideynləri uşaqlar balaca olanda tanış olub, yoldan keçənlər hətta onlardan ictimai yerləri uşaq arabası ilə bağlamamağı xahiş ediblər.
Məktəbdən bildirilib ki, onlardan əvvəl bütün təhsil müəssisəsində cəmi dörd cüt əkiz olub Məktəb direktoru Pol Edvards qeyd edib ki, bu, nisbətən kiçik məktəbdir, cəmi 144 şagird təhsil alır.
Bir məktəbdə bu qədər əkiz uşaq olması qeyri-adi təsadüf kimi görünsə də, bu həddən çox deyil. 2016-cı ildə İrlandiyanın Ratfarnem şəhərinin ətrafında yerləşən məktəbdə 470 şagirddən 30-u əkiz olub. Ginnesin Rekordlar Kitabına görə bir məktəbdə bir tədris ilində ən çox əkizlər İllinoys ştatının Uinnetka şəhərindəki Nyu Trier Taynuşun Hay Skul Liseyində 44 cüt olub.