Almaz kubik kristal quruluşa malik materialdır. Dünyada ən bahalı və füsunkar zərgərlik əşyaları məhz almazdan hazırlanır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, almaz Mohs şkalası üzrə maksimum 10 reytinqə malikdir, yəni demək olar ki, bütün digər materialları cızmaq qabiliyyətinə malikdir. O, həmçinin iti ucu materiala basmaq üçün tələb olunan gücü ölçən Vickers testində yüksək bal alır.
Almaz kubik kristal qəfəsdə düzülmüş və qısa, güclü kimyəvi bağlarla bağlanmış karbon atomlarından ibarətdir. Bu struktur almaza özünəməxsus sərtliyini verir. Bəzi materiallar, məsələn, lonsdaleit, nəzəri cəhətdən almazdan daha sərt ola bilər, lakin onlar ya istifadə edilə bilən formada mövcud deyil, ya da yalnız laboratoriya şəraitində yaradılıb və gündəlik istifadə üçün praktiki deyil.