Ağıllı insanlar   hansı ayda doğulur? -  Daha az cinayət   törədirlər
24 noyabr 2023 00:03 (UTC +04:00)

Ağıllı insanlar hansı ayda doğulur? - Daha az cinayət törədirlər

Amerikalı mütəxəssislər ağıllı və çalışqan insanların daha çox doğulduğu ayı açıqlayıb. 

Lent.az xəbər verir ki,  aparılan araşdırmada 6-15 yaş arası məktəblilərin məlumatları toplanılıb və ortaya  maraqlı nəticələr çıxıb.

Məlum olub ki, avqustda doğulan uşaqlar məktəbdə ən aşağı, sentyabrda doğulanlar isə ən yüksək qiymətləri alıblar.

Tədqiqatçılar sentyabr ayında doğulan insanların ən prestijli kollec və universitetlərə qəbul olduğunu da müəyyən edib.

Alimlər qeyd edirlər ki, sentyabr-dekabr ayları arasında doğulanlar sayca yaz və ya yayda doğulanlara nisbətən üstünlük təşkil edirlər. Bu da onlar arasında bacarıq, istedad fərqi yarada bilər. Mütəxəssislərin fikrincə, nəticələrin səbəblərindən biri də məhz budur.

Araşdırma zamanı Florida ştatında yerləşən həbsxanalardakı məhbuslarla bağlı məlumatlar da öyrənilib. Belə nəticəyə gəlinib ki, sentyabr ayında doğulanların, yeniyetmə yaşlarında törətdikləri cinayətlərə görə cinayət törətmə ehtimalı azdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8934
avatar

Sevinc Fərid

Oxşar yazılar