İnsan çənəsinin ən arxa hissəsində sakitcə dayanan ağıl dişləri keçmişdə mühüm bir funksiyaya malik olsalar da, indi bir növ yadigar halına gəliblər.
Lent.az xəbər verir ki, alimlərin apardığı araşdırmaya görə çənənin ən arxa hissəsində yerləşən bu dişlər əslində əcdadlarımız üçün əhəmiyyətli bir vəzifə yerinə yetirmiş, lakin bu gün heç bir əhəmiyyət kəsb etmir.
Ağıl dişləri çənənin ən arxa küncündə yerləşir və digər azı dişləri kimi qidaları üyüdür, udmağı və həzmi asanlaşdırır. Bu dişlər sərt, bişməmiş yeməklərlə qidalanan mağara insanlarının yemək tərzinə uyğun idi. Yəni yemək bişirmə texnikalarını olmadığı üçün yeməkləri udmazdan əvvəl effektiv şəkildə əzmək lazım idi. Üstəlik, onların böyük çənələri arxadakı bu əlavə diş dəstini yerləşdirə bilirdi, ona görə də bu, problem deyildi.
İndiki vaxtda insanların ağıl dişlərinə ehtiyacı yoxdur. Biz yeməkləri çeynəməyi asanlaşdıran müxtəlif bişirmə üsulları və yeməkləri kiçik parçalara ayırmağa imkan verən kəsici alətlər hazırlamışıq. Buna görə də, bu dişlər artıq fəaliyyət göstərməyən appendiks kimi, indi disfunksiyalı bir quruluş hesab olunur.
Ağıl dişləri baxmayaraq ki, yeniyetməlik illərinin sonlarında və ya iyirmi yaşlarının əvvəllərində tam olaraq çıxır, onlar təxminən 7-10 yaşlarında inkişaf etməyə başlayır. Tamamilə çıxması üçün çox vaxt tələb etməsinin səbəbi çənədə bir boşluğa ehtiyacı olmasıdır.
Ağıl dişlərinin böyüməsi üçün insan çənəsində yerə ehtiyac dyulur və uşağın çənəsi bu boşluq üçün kifayət qədər böyük deyil.
Hər kəsin ağıl dişləri yoxdur. İnsanların təxminən 25 %-də 1-3 ağıl dişi var, təxminən 35 %-də isə bu dişlər heç olmur.