Qəbələdə kişi faciəvi şəkildə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Qəbələ şəhərinin ərazisində baş verib.
Məişət tullantılarını yandıran şəhər sakini 62 yaşlı Həsən Vəliyev (ad və soyad şərtidir) ehtiyatsızlıqdan odun üzərinə düşərək yanıb. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.