Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Rusiyanın ən gənc mayoru kimi təqdim olunub.
Lent.az xəbər verir ki, Çeçenistan Təhlükəsizlik Şurasının katibi və atasının təhlükəsizlik xidmətinin rəhbəri olan Adam Kadırov “Belaruski silovik” kanalının müəllifləri tərəfindən bu cür xarakterizə edilib.
Martın 26-da məlum olub ki, Adam Kadırov Çeçenistan güc strukturlarının iclasına mayor ulduzuna bənzər nişanlı paqonlarla qatılıb.
“18 yaşlı Adam Kadırov Çeçenistanın güc strukturlarının komandirləri ilə keçirilən iclasda mayor paqonlarında çıxış edib. Bu, Rusiyada ən gənc mayordur”, — deyə “Belaruski silovik” kanalında bildirilir.
Bununla belə, Kadırovun oğluna rəsmi şəkildə hər hansı hərbi rütbə verilməsi barədə daha əvvəl məlumat yayılmayıb. Məlumdur ki, o, dəfələrlə Rosqvardiyanın mükafatlarına, o cümlədən “Döyüş fərqlənməsinə görə” medalı ilə təltif olunub.