Kişi yemək bişirməyən  hamilə arvadını öldürdü
26 mart 2026 10:20 (UTC +04:00)

Kişi yemək bişirməyən hamilə arvadını öldürdü

0

Hindistanda bir kişi 3 aylıq hamilə olan 25 yaşlı həyat yoldaşını qətlə yetirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Sunil adlı şəxs evə gələrək həyat yoldaşından yemək hazırlamağı tələb edib. Qadın isə artıq şam yeməyinin hazır olduğunu bildirib və tərəvəzi (ispanaq) daha sonra bişirəcəyini deyib. Bundan sonra kişi qəzəblənib və qadına hücum edib. Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerində polis şübhəlini saxlayıb və həmin gün məhkəmə qərarı ilə o, həbs edilib.

Həlak olan qadının 3 və 5 yaşlarında iki uşağı qalıb.

Qadının yaxınları etiraz aksiyası keçirərək şübhəlinin onlara təhvil verilməsini tələb ediblər. Hakimiyyət isə ictimai asayişi qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar