“Everton” nümayəndələri “Çelsi”nin ciddi idman cəzasından necə yayındığını aydınlaşdırmaq üçün Premyer Liqanı məhkəməyə verməyə hazırlaşırlar.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Çelsi” klubu 2011–2018-ci illər arasında futbolçulara və agentlərə edilən, əvvəllər açıqlanmayan 47,5 milyon funt sterlinq məbləğində ödənişləri könüllü şəkildə açıqladığı üçün 10,75 milyon funt sterlinq cərimə olunub və şərti transfer qadağası alıb.
“Everton” klubu hazırda hüquqi məsləhət üçün müraciət edib və bütün mümkün addım variantlarını nəzərdən keçirir. “Çelsi” Premyer Liqa ilə razılaşma əldə etsə də, bu qərar digər rəqib klublar arasında geniş narahatlıq yaradıb.
Qeyd edək ki, 2023/24 mövsümündə “Everton” özü Premyer Liqanın mənfəətlilik və davamlılıq qaydalarını pozduğuna görə 8 xal itirib. Həmin işi araşdıran komissiya xərclərin normadan artıq olmasının kluba idman üstünlüyü qazandırdığını açıq şəkildə qeyd edib.
“Çelsi” ilə bağlı qərarda isə belə bir ifadə yer almayıb, halbuki Qərbi London təmsilçisi həmin illərdə ciddi uğurlar qazanıb.
Məhz bu ehtimal olunan qeyri-ardıcıllıq “Everton”un qərarı məhkəmədə mübahisələndirmək istəməsinin əsas səbəbi hesab olunur.