Ağcaqanadlar   ən çox kimləri dişləyir?
20 iyun 2022 10:52 (UTC +04:00)

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Yay aylarının ən böyük dərdlərindən biri də ağcaqanadlardır. Bəs, ağcaqanadlar ən çox kimləri dişləyir? 

Lent.az xarici mediaya istinadla bildirir ki, terapevt, immunoloq və allerqoloq İrina Yartseva bununla bağlı açıqlama verib. 

Onun sözlərinə görə, bu həşəratların insanlar üçün qan qrupu və ya dəri üstünlükləri yoxdur. Bəzən deyirlər ki, ağcaqanadların 1-ci qan qrupuna malik olan insanları digər qan qrupları ilə müqayisədə dişləmə ehtimalı daha yüksəkdir. Təbii ki, bu doğru deyil. Ancaq onlar damarlara və qan istiliyinə müəyyən reaksiyalar verirlər: 

“Ağcaqanadlar qalın dərialtı yağ təbəqəsi olanları az, nisbətən nazik dərili insanları isə daha çox dişləyirlər”. 

Terapevtin dediyinə görə, ağcaqanadların hücumuna ən çox məruz qalanlardan biri də hamilə qadınlardır: 

“Ana olmağa hazırlaşan qadınların qarın bölgəsində təqribən 1 dərəcədən yüksək istilik olur. Bu da bədənin tər yolu ilə ağcaqanadları cəlb edən maddələrin ifraz olunmasına yol açır”. 

Bundan daha əvvəl isə biologiya elmləri doktoru, professor Lyudmila Komarova qansoran həşəratları uzaqlaşdıracaq qoxuları sadalayıb. Onun sözlərinə görə, bulardan biri vanil iyidir. 

Bir çox ekspertlər ağcaqanadları qovan qoxular arasında soğan və sarımsaq iyinin də effektiv olacağını qeyd edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4134
avatar

Sevinc Fərid

Oxşar yazılar