98 ildir ölən Leninin 53 yaşındakı kimi qalmasının  SİRRİ AÇILDI
05 sentyabr 2022 19:44 (UTC +04:00)

98 ildir ölən Leninin 53 yaşındakı kimi qalmasının SİRRİ AÇILDI

Ölümündən sonra cənazəsi Qızıl Meydandakı məqbərədə saxlanılan, Sovet İttifaqının qurucusu Vladimir Lenin düz 98 ildir 53 yaşındakı kimi qalıb. Bu, alimlərin, mütəxəssislərin bir əsrdən çoxdur istifadə etdiyi mürəkkəb üsullar vasitəsilə mümkün olub. Bu illərdə botoksdan, mürəkkəb prosedurlardan və vitro gübrələnmədən istifadə edilib. 

Lent.az xarici KİV-ə istinadən Leninin indiyə qədər saxlanılan cəsədi haqqında maraqlı faktları təqdim edir: 

Uzunmüddətli müharibələrin yaratdığı maddi və mənəvi dağıntılardan əziyyət çəkən Rusiya imperiyası üçün 20-ci əsr çox pis başlamışdı. Bütün bunlar davam edərkən Almaniyadan Rusiyaya gedən qatarın vaqonunda bu gedişatı dəyişərək, dünya tarixində yeni dövr açmağa hazırlaşan bir şəxs var idi. O, Vladimir İliç Lenin idi. Həmin vaxtlar Lenin öz tərəfdarları ilə birlikdə hakimiyyəti ələ keçirməyə nail olur. 1917-ci ildə baş verən Oktyabr inqilabı ilə Sovet İttifaqı qurulur və yeni dövrə qədəm qoyulur. 

Amma Lenin 1918-ci il avqustun 30-da səfər zamanı sui-qəsdə məruz qalır. Ciddi yaralanan Lenin sağ qalsa da, onun səhhəti bir daha əvvəlki kimi olmur və günü-gündən pisləşir. 

1924-cü ildə vəfat edən Vladimirin cəsədini görmək üçün Moskavadakı Qırmızı Meydana milyonlarla insan axışır. Bundan sonra onun bədəninin mumiyalanaraq qorunmasına qərar verilir. Beləliklə, Lenin yaşayan bir heykələ çevrilirər. 

Bu gün Sovet İttifaqının adı tarixin tozlu səhifələrində qalan bir dövlət olsa da, onun qurucusu Leninin cənazəsi hələ də Qızıl Meydanda nümayiş etdirilir. Təxminən 152 il əvvəl anadan olan Leninin 98 ildir 53 yaşındakı kimi qalır və bədəni bütövlüyünü qoruyub saxlayır. Bədənin belə saxlanması üçün isə tez-tez xüsusi prosedurlar həyata keçirilir.  Bu zaman onun cəsədinə iynələr vasitəsilə xüsusi mayelər və bəzən plastik cərrahiyyəyə bənzər prosedurlar tətbiq edilir.

Ümumilikdə, Leninin mumiyalanması çətin proses olub. Hətta mütəxəssislər tibb sahəsində inqilab edərək yeni müalicə üsulları kəşf ediblər. Onlar cəsədi mumiyalamaq üçün 4 ay səy göstəriblər. Bu vaxt ərzində ona xüsusi mayelər tətbiq edilib, bədənin tamlığı, bütövlüyü təmin olunub. Bədənin çürüyən hissələri isə arı mumu vasitəsilə örtülüb. 

Hətta Vladimir Leninin bədəninin çürüməsinin qarşısının alınması üçün xüsusi geyim də hazırlanıb. Kauçuk materialdan hazırlanan bu paltar Leninin üzərindəki kostyumun altından geyindirilir. 

Vladimirin bədəni demək olar ki, hər 6 aydan bir yoxlanılır, mayelər yenilənilir, çürümüş hissələr makiyaj olunaraq yenidən yerinə qoyulur. 

Mütəxəssislər daha əvvəl Leninin üzünü və bədəninin digər hissələrinin orijinallığını saxlamaq üçün xüsusi yağlardan istifadə etdiklərini də açıqlayıblar. Onlar Vladimirin bədənində yalnız 23 faizində bioloji qalıqlarının qaldığını və çox hissəsinin məhv edildiyini də bildiriblər. Hətta Leninin mumiyasının çox hissəsinin süni materiallardan hazırlandığı düşünülür. 

Qeyd edək ki, Rusiya əhalisinin 60 faizindən çoxu Leninin dəfn olunmasını istəyir. Onun cəsədi üçün dövlət büdcəsindən bir xeyli vəsait də xərclənir. Mumiyaya qulluq üçün 500 min dollara yaxın pul xərclənildiyi təxmin olunur. 

Xatırladaq ki, mumiyanın bütövlüyünü qorumaqda məsuliyyət daşıyan komandanın cavabdeh olduğu yeganə bədən Leninə aid deyil. Onlar Vyetnamın kommunist lideri Ho Şi Min, Şimali Koreya liderləri Kim İl Sunq ve Kim Jong İlin də cəsədlərini qoruyub saxlamaq üçün çalışırlar. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7470
avatar

Sevinc Fərid

Oxşar yazılar