6 gün çılpaq gəzən qız nələr dedi?  - FOTO
08 dekabr 2023 11:19 (UTC +04:00)

6 gün çılpaq gəzən qız nələr dedi? - FOTO

Britaniyalı jurnalist eksperiment üçün altı gün paltarsız qalıb. 36 yaşlı Georgette Culley təcrübəsini bölüşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın ən çox sağlam həyat tərzinə riayət etdiyi və həftədə dörd dəfə məşq etdiyi üçün eksperimentin sağlamlığına necə təsir edəcəyini bilmək istəyib.

Britaniyalı qadın çılpaqlığın ilk günündə dəqiqədə orta hesabla 65 olan ürək döyüntüsünün 55-ə düşdüyünü qeyd edib. Lakin sonra qonşulardan biri onu pəncərədən görəndə qısa müddət ərzində 120-yə yüksəlib.

Eksperiment zamanı jurnalist zibil atmaq üçün bir neçə dəfə evdən tamamilə çılpaq çıxıb. O, yalnız palto geyinərək supermarketə ərzaq almaq üçün gedib. Onun ürəyi maraqlanan müştərilərin baxışları altında həmişəkindən daha sürətli döyünüb.

Ümumiyyətlə, britaniyalı qadın eksperimenti uğurlu hesab edib. O, dərisinin daha yaxşı görünməyə başladığını, stress səviyyəsinin, eləcə də istirahət zamanı ürək döyüntüsünün azaldığını qeyd edib. Onun sözlərinə görə, o, özünü daha seksual hiss etməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6702
avatar

Oxşar yazılar