Antarktidada tədqiqatçılar 20 qolu və çiyələyə bənzər forması olan yeni növ dəniz canlısı aşkar ediblər.
Lent.az xəbər verir ki, tədqiqatçılar bununla bağlı dərc etdikləri məqalədə Antarktida sahillərində tapılan dəniz zanbağı növü olan “Promachocrinus fragarius”un 20-yə yaxın budağının olduğunu, rənginin bənövşəyi və tünd qırmızı arasında dəyişdiyini bildiriblər.
Yeni kəşf edilən dəniz canlısının altındakı qolların kobud və zolaqlı, yuxarıdakıların isə daha tüklü olduğu qeyd edilib.
Bildirilib ki, böyük ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın təxminən 19-1981 metr dərinliklərində yaşayır.
Qeyd edək ki, araşdırmanın təfərrüatları “Onurğasızların Sistematikası” jurnalında dərc olunub.