167 milyon illik dinozavr qalığı tapıldı
09 avqust 2023 01:52 (UTC +04:00)

167 milyon illik dinozavr qalığı tapıldı

Hindistan Rurkee Texnologiya İnstitutu və Geoloji Xidmətinin alimləri ölkənin qərbində 167 milyon il yaşamış ot yeyən dinozavrların qalıqlarını aşkar ediblər.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Racastan ştatının Caysalmer şəhəri yaxınlığındakı Thar səhrasında dörd ildən artıqdır ki, qazıntılar aparılır. Tapılan fosillər dikreozavr dinozavrına aiddir. Paleontoloqlar qədim heyvanın onurğasının bir hissəsini, boyun və gövdə sümüklərini, quyruq və qabırğalarını çıxara biliblər.

Hindistan alimləri iddia edirlər ki, söhbət dikreozavrların yeni növünün kəşfindən gedir. Onlar ona qazıntıların aparıldığı Thar səhrasının və kəşf yerinin adına görə "Tharosaurus indicus" adını veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar