Yekaterinburqda 13 yaşlı qız ilk dəfə məktəbə gedəcək.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu açıqlama ilə Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili İqor Morokov çıxış edib.
“Əsas odur ki, hazırda uşaq təhlükədə deyil. Mütəxəssislər çətin həyat vəziyyətindən çıxmaq üçün proqram hazırlayırlar...”, - Morokov mətbuat konfransında deyib.
Müəllimlərin məktəbli qızın vəziyyətini nəzərə alaraq onun təhsil formasını seçəcəyi bildirilir.
Uşaq Yekaterinburqun Jeleznodorojnı rayonundakı mənzillərin birində tapılıb. Qızın anası onun məktəbə getməsinə icazə verməyib.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.