100 milyard dollar sərvəti ilə dünyanın ƏN ZƏNGİN QADINI SEÇİLDİ
29 dekabr 2023 11:09 (UTC +04:00)

100 milyard dollar sərvəti ilə dünyanın ƏN ZƏNGİN QADINI SEÇİLDİ

"L'Oréal"ın direktorlar şurasının sədr müavini və onun qurucusu Eugene Schullerin nəvəsi 70 yaşlı Fransuaza Bettencourt Myers 99,6 milyard dollar sərvəti ilə dünyanın ən zəngin qadını olub.

Lent.az xəbər verir ki, "Bloomberg Billionaires Index"in dekabrın 28-nə olan məlumatına görə, onun hesabında 100,2 milyard dollar var.

"L'Oréal" səhmlərinin artımı 1998-ci ildən bu yana rekord həddə çatıb və Bettencourt Myersin sərvətinə təsir edib. Onun oğulları Viktor-Jan və Nikolas da şirkətin direktorlarıdır.

Ailə təxminən 35% paya sahibdir. Şirkət 1909-cu ildə kimyaçı Eugene Schuler tərəfindən saç boyası istehsal etmək üçün yaradılıb. 1957-ci ildə ölümündən sonra şirkət onun qızı və Fransuazanın anası Liliane Bettencourt tərəfindən miras qalıb. 2017-ci ildə 94 yaşında öldüyü zaman o, həm də 39,5 milyard dollar sərvəti ilə dünyanın ən varlı qadını idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3504
avatar

Fidan İlqar

Oxşar yazılar