Yıldız Tilbedən Qəzzaya 300 min dollarlıq  yardım
22 yanvar 2026 10:28 (UTC +04:00)

Yıldız Tilbedən Qəzzaya 300 min dollarlıq yardım

0

Məşhur sənətçi Yıldız Tilbe, Qüds Könüllüləri təşkilatının Qəzzada aparılan çadır şəhər layihələrinə dəstək olmaq üçün 300 000 dollar yardım edib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu vəsait Qəzzada iki tam təchizatlı çadır şəhəri salınmasına sərf olunacaq.

Təşkilatın açıqlamasına görə, Tilbe bu addımı ilə çadır şəhərlərdə yaşayan ailələrə yardım göstərmək istəyir. O, eyni zamanda Qəzza üçün xeyriyyə konserti də təşkil edəcək. Konsertdən əldə olunacaq vəsait çadır şəhəri sakinlərinin qida və əsas ehtiyaclarının təmininə yönəldiləcək.

Qeyd edək ki, əvvəllər də Tilbe Ramazan ayında Qəzzada 20 000 nəfərə iftar süfrəsi təşkil etməklə dəstək vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar