Namiq Qaraçuxurlu
30 yanvar 2021 11:18 (UTC +04:00)

Namiq Qaraçuxurlu

“Yaradıcılığımı dondurmuşam” - Namiq Qaraçuxurlu

"Ölkədə müharibə olub, şəhid ailələri qan ağlayır, qazilərimiz, şəhidlərimiz var. İndi mənim də gündəmimdə məşhurlar və yaradıcılıq deyil.”

Lent.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu deyib. O, “İnstagram” hesabından verdiyi açıqlamada uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini qeyd edib. Sənətçi şəhidlərə görə bir müddət sənətdən uzaq qalacağını vurğulayıb:

"Məni efirlərə, müsahibələrə dəvət etmək istəyənlərə səslənirəm: Uzun müddətdir fəaliyyətimi dondurmuşam. Zənglər gəlir, hamıya fikrimi izah etmişəm. Həm hər gün müxtəlif verilişlərin prodüserləri, aparıcıları zəng vurur, həm də pərəstişkarlar narahatdır və suallar ünvanlayırlar. Bəzən telefona cavab verməyə utanıram, ortada anlaşılmazlıq yaranır. Efirə çıxmamağımın səbəbi nə ulduzluq, nə tənbəllikdir".

Sosial şəbəkələri izlədiyini qeyd edən Namiq Qaraçuxurlu yazılanlardan narahatlığını ifad edib:

“Bəzən özləri əyləncə paylaşır, amma müğənnini tənqid edirlər. Yerinə düşməyən şərhlər də olur. Ümumilikdə, millət haqlıdır. Gündəm sənətçilər deyil. Efirdə görsənənlər məni doğramasınılar. Kaş məndə də o güc olardı. Hər kəsin öz düşüncəsi var.

Söhbət məndən gedirsə, televiziyada çalışanlarla aramda problem yaranır. Yaradıcılığımı dondurmuşam. Hansı işlərlə məşğul olmuşam, bir gün canlı açaram danışaram. Niyə qələbə mövzusunda mahnı yazmıram? Cavab vermişəm. Çalışmaq hələ istəmirəm. Millətin həssas dönəmində görünmək istəmirəm. Bu sağalmaz yaradır. Amma az da olsa yumşalsın, yaranın üstü bağlansın, mən də fəaliyyətə başlayaram". 

 

# 4848
avatar

Oxşar yazılar

Nikol Şerzinger nişanlısı ilə rəqs etdi

Nikol Şerzinger nişanlısı ilə rəqs etdi

28 may 2024 , 06:32
Məşhur müğənni boşanır

Məşhur müğənni boşanır

27 may 2024 , 21:57
Tünzalə Ağayeva  fərqli geyimi   ilə diqqət çəkdi

Tünzalə Ağayeva fərqli geyimi ilə diqqət çəkdi

27 may 2024 , 17:56
Afət Fərmanqızı aeroportda saxlanıldı - Müğənnidən AÇIQLAMA  - YENİLƏNİB

Afət Fərmanqızı aeroportda saxlanıldı - Müğənnidən AÇIQLAMA - YENİLƏNİB

27 may 2024 , 16:52
Madonna  30 yaşlı sevgilisindən   ayrıldı

Madonna 30 yaşlı sevgilisindən ayrıldı

27 may 2024 , 14:30
Məşhur aktyor GÜLLƏLƏNDİ

Məşhur aktyor GÜLLƏLƏNDİ

27 may 2024 , 11:41
Mehmet Ali Erbilin paylaşımı GÜNDƏM OLDU

Mehmet Ali Erbilin paylaşımı GÜNDƏM OLDU

27 may 2024 , 10:20
Məşhur müğnni hava limanında saxlanıldı - NARKOTİKƏ GÖRƏ

Məşhur müğnni hava limanında saxlanıldı - NARKOTİKƏ GÖRƏ

25 may 2024 , 22:12