Müğənni Xuraman Şuşalı uzun illər əvvəl çəkdirdiyi açıq-saçıq şəkillərini sosial şəbəkələrdə yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə MTV-yə açıqlamasında danışıb:
“Birinci, rica edirəm ki, o görüntüləri silin. Açıq şəkildə görünməyimə haram qoymuşam. Tez-tez açıq və qapalı formada olan görüntülərimi kollaj edib yayırlar. İcazə vermirəm. Bu məsələni hüquqi yolla həll edəcəm. Polisə şikayət edəcəm”.