Zorlama olayında adı hallanan müğənni danışdı - QALMAQAL
11 dekabr 2013 14:53 (UTC +04:00)

Zorlama olayında adı hallanan müğənni danışdı - QALMAQAL

Müğənni İranə İlkin evində 7 il dayə işləyən Aygün Xəlilovanın iddiasına münasibət bildirib. Lent.az-a açıqlama verən İranə bildirib ki, evində dayə işləmiş A.Xəlilovanın söylədikləri cəfəngiyatdır: “Haqqımda yazılanları bir az olar ki, oxumuşam. O, xanımın  dedikləri yalandır. Onun söylədiyi Ceyhun mənim əmim oğlu yox, əmimin nəvəsidir. Zorlamaq söhbəti olmayıb. Sadəcə, mən bilmədən gedib gizlicə onunla görüşüb, uşağı olub. Elə o vaxtdan da yapışıb məndən. İndi məndən istədiyi yəqin ki, puldur”.

 

 

Qeyd edək ki, İ.İlkinin evində dayə işləmiş A.Xəlilova iddiasında bildirib ki, İranənin razılığı ilə əmisi oğlu Ceyhun Vəliyev ona təcavüz edib. Təcavüzdən sonra hamilə qalan Aygün müğənninin evindən qaçmaq məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9796
avatar

Yalçın UĞUR

Oxşar yazılar