Yaponiyada ziynət əşyaları satan «Ginza Tanaki» dükanı 5 milyon dollarlıq milad yolkasını satışa çıxarıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu hqda «Kyodo» agentliyi xəbər yayıb.
Bu «Disney-2013 Qızıl milad yolkası» kolleksiyasındandır. Onun hündürlüyü 2,4 metrdir. Onun hazırlanmasına 43 kq qızıl işlədilib. Yolkada «Disney»-in cizgi filmlərinin qəhrəmanları təsvir edilib.
Alıcılara 20 sm hündürlükdə, gümüş və qızıldan hazırlanmış cizgi filmlərinin qəhrəmanları təsvir edilən yolkalarda təklif olunur. Belələrinin qiyməti 16 min dollardır.
«Ginza Tanaka» ikl dəfə 2011-ci ildə 1,92 metrlik qızıldan yolka hazırlayıb.