Yalçın Rzazadə ifaçılığa başlayan oğluna halallıq verdi
17 fevral 2014 17:38 (UTC +04:00)

Yalçın Rzazadə ifaçılığa başlayan oğluna halallıq verdi

Xalq artisti Yalçın Rzazadə oğlu Mətin Rzazadənin ifaçılığından söz açıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, gələcəkdə oğlu yaxşı bir sənətçi olacaq: “ Oğlumun bir ifaçı kimi tanınmasına kömək etmirəm, heç kimə ağız açmıram, bu, mənə yaraşmaz. Heç istəmirdim ki, o, müğənni olsun, amma oğlumun istəyinə qarışa bilmərəm. Bu, onun seçimidir. Mən bu sənətə gələnə qədər çox əziyyətlərdən keçmişəm. Dünyanın müxtəlif ölkələrində konsertim gerçəkləşməklə yanaşı, bir çox uğurlara imza atmışam. Amma bu yolda mənə kömək edən olmayıb. Hər şeyi özüm etmişəm. Ona görə də istəyirəm ki, oğlum hər şeyi özü əldə etsin. Əgər istedad varsa, özü irəli gedəcək, onun müğənni potensialı var,ən çətin klassik əsərlərimi öz repertuarına daxil edib. Hansı ki, o mahnıları hər ifaçı oxuya bilməz, çünki, çətin əsərlərdi. Ona bu çətin yolda uğurlarımı arzulayıb, ata kimi öz halallığımı verirəm”.

 

Qeyd edək ki, Y.Rzazadənin 3 övladı var. Mətin onun sonbeşiyidir. Mətin ötən ilin sentyabrın 27-də ailə qurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2399
avatar

Yalçın UĞUR

Oxşar yazılar