Xatirə kimləri bir araya gətirdi?
30 yanvar 2014 11:01 (UTC +04:00)

Xatirə kimləri bir araya gətirdi?

Dünən müğənni Xatirə İslam paytaxtın özəl məkanlarının birində doğum gününü qeyd edib. Ziyafətə elə də çox adam çağırmadığını deyən Xatirə xoş günü barədə öz təəssüratlarını Lent.az-la bölüşüb: “İnanırsınız, ad günü keçirdiyim məkana görə çox narahat idim. Çünki, dəvətlilər çox olsa da yer balaca idi. Fikirləşdiyimin əksinə olaraq, hər şey qaydasında keçdi. Məni sayıb gələn həmkarlarım da az olmadı. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm”.

 

 

Onu da əlavə edək ki, Xatirə ad günündə “əbədi küsülüləri”- xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Məleykə Əsədova və İlhamə Quliyevanı bir araya gətirə bilib. Digər tanınmışlardan isə Nüşabə Ələsgərli, Nadir Qafarzadə, Elçin Hüseynov, rəqqasə Fatimə, Mətanət Əsədova, Sərxan Kərəmoğlu, stilist Nigar İbrahimova və başqaları da Xatirənin ad günündə iştirak ediblər.

 

Qeyd edək ki, müğənni Xatirə İslam 1981-cı ildə Xankəndidə anadan olub. 2002-ci ildən səhnəndədir. 2012-ci ildə ailə quran müğənninin  Emil adında oğlu var.

# 2959
avatar

Yalçın UĞUR

Oxşar yazılar