Müğənni Xatirə İslam Ağdamın “Qarabağ” klubunun şərəfinə ifa etdiyi bəstəni media işçiləri ilə bölüşüb. Lent.az-ın məlumatına görə, tədbirdə media işçilərini salamlayan X. İslam “Qarabağ” mahnısının ərsəyə gəlməsindən danışıb: “Sabah “Qarabağ” İtaliyanın “İnter” klubunu qəbul edir. Mən də bir qarabağlı kimi istədim ki, “Qarabağ”ın şərəfinə mahnı ifa edim. Bu mahnı sabah “İnter”lə oyundan öncə stadionda təqdim olunacaq. Bir neçə saat olar ki, mahnının mediaya təqdim olunmasına icazə verdilər. İstədim ki, bu mahnını əvvəl media əhli eşitsin. Daha sonra televiziyalarda, radiolarda da bu mahnını eşidə biləcəksiniz. İnşallah sabah “Qarabağ” qalib gələr. Və həmin oyundan fraqmentləri götürüb, sözügedən mahnının klipinin çəkilişlərində istifadə edəcəyik".
Onu da əlavə edək ki, Xatirə mətbuat konfransına “Qarabağ” klubunda Namiq Yusifovun geyindiyi “7” nömrəli köynəklə qatılıb.
X. İslamın ifa etdiyi “Qarabağ” mahnısının sözləri Rauf Sübhiyə, musiqi, aranjemanı Rabil Səfərliyə məxsusdur.
Qeyd edək ki, “Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin VI turunun oyununda İtaliyanın “İnter” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Xatirə “Qarabağ”ın hansı futbolçusunun köynəyini geyindi?
Oxşar yazılar

Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39
Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59