Türkiyəli məşhur Azərbaycana gəlməkdən imtina etdi
12 sentyabr 2014 17:07 (UTC +04:00)

Türkiyəli məşhur Azərbaycana gəlməkdən imtina etdi

 

 

Türkiyənin tanınmış rəqqasəsi Asena sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək 89-cu "Miss Globe İnternational" beynəlxalq gözəllik yarışmasına qonaq kimi dəvət alsa da, Azərbaycana gəlməkdən imtina edib. Bunu Lent.az-a "Miss Globe İnternational" yarışmasının təşkilatçıları açıqlayıb. Bildirilir ki, məşhur rəqqasə məlum olmayan səbəblərdən final gecəsində iştirak etməyəcək. Lakin Asenadan başqa digər adı çəkilən məşhurlar final gecəsinə qatılacaq və media nümayəndələrinin suallarını cavablandıracaqlar.

 

Qeyd edək ki, final gecəsində məşhurlardan Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna və Rumıniyanın "Radio Killer" qrupu iştirak edəcək.

 

 

# 3539
avatar

Yalçın UĞUR

Oxşar yazılar