Türkiyəli iş adamına ərə gedən azərbaycanlı müğənnidən xəbər var - <span style="color:red;">VİDEO
05 iyun 2017 12:48 (UTC +04:00)

Türkiyəli iş adamına ərə gedən azərbaycanlı müğənnidən xəbər var - VİDEO

Müğənni Aytac Vidadiqızı yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-ın məlumatına görə, ifaçı söz və musiqisi özünə məxsus "Qədrimi bil" adlı mahnı oxuyub: "Yeni mahnımın uğurlu olacağına inanıram. Bu bəstəmin ərsəyə gəlməsində çox çalışmışam. Mahnımı ölkənin bütün radiolarında dinləmək mümkün olacaq".

 

A.Vidadiqızı bildirib ki, bu mahnıya klip də çəkdirəcək: "Bilirsiz ki, bir neçə ildir türkiyəli musiqiçilərlə əməkdaşlıq edirəm. Son klipim də elə orada lentə alınıb. "Qədrimi bil" klipi də  Türkiyədə lentə alınacaq. Artıq çəkiliş məkanı olaraq bir neçə yer də seçilib. Bu klipdə geyimlərimə də xüsusi diqqət edəcəyəm. Libasımın hazırlanmasını Türkiyənin məşhur dizaynerlərindən birinə həvalə edəcəyəm".

 

Qeyd edək ki, A.Vidadiqızı türkiyəli iş adamı ilə ailəlidir. Cütlüyün birdə nigahdan Bəstə adlı qız övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar