Türkiyəli aktyorlar Bakıda
14 fevral 2014 12:04 (UTC +04:00)

Türkiyəli aktyorlar Bakıda

Nizami Kino Mərkəzində Türkiyədə ekranlaşdırılmış “Yunus Emre: eşqin səsi” filminin qala-gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, təqdimat mərasimi Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin, TİKA- (Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi)nın təşkilatçılığı ilə baş tutub. Qala-gecəsində filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Evin,  Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki səfirliyinin,  Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak edib.

 

Xatırladaq ki, üç il müddətinə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir. Bir çox məşhur sənətkarların çəkildikləri filmin rejissoru Kürşat Kızbazdır. Yunus Emrə obrazını əvvəllər də tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırıb. Filmdə, həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Ahmed Mekin rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262
avatar

Yalçın UĞUR

Oxşar yazılar