Əməkdar artist Tünzalə Ağayevaya Azərbaycan müğənnilərinin fəaliyyətindən danışıb. Lent.az-ın məlumatına görə, APA.TV-nin “Səhər zəngi” verilişində qonaq olan əməkdar artist bildirib ki, Azərbaycanda yerli musiqiçilərin inkişaf edə bilməməyinin səbəblərindən biri əcnəbilərə daha çox şərait yaradılmasıdır: “Düşünürəm ki, bir çox insanlar müasir musiqiyə yatırımların olmasını istəyər. Türkiyə, Rusiya, yaxud elə Avropa ölkələrində təcrübə çoxdur. Əcnəbi müğənnilər gəlməlidirlər, amma balans olmalıdır. Müğənnilər bir yana, bizim elə mükəmməl musiqiçilərimiz var ki, çox ucuz qiymətə çalışırlar. Halbuki, xaricdə çalışsaydılar, daha çox uğur qazanardılar. İstərdim ki, bizim iş adamları məhz belə musiqiçilərə yatırım etsinlər. Çünki biz inkişaf etməliyik. Yerli ifaçılardan fərqli olaraq, əcnəbi ifaçılar çox yüksək məbləğ qarşılığında səhnəyə çıxır. Acınacaqlı haldır ki, niyə bu yatırım çölə atılır? Əgər yerli ifaçılara yatırımlar edilsə, canlı konsertlər çoxalar, orkestrlərimiz inkişaf edər. Xaricdə çıxış edən mükəmməl musiqiçi ölkəsində 30-50 manata işləməməlidir”.

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08