Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi layihələri ilə tanınan prodüser Tolik (Tarix Əliyev) müğənni Sevda Yəhyayeva ilə işbirliyinə son qoyub. Lent.az-ın verdiyi məlumata görə, prodüser bu barədə “İnstagram” səhifəsində yazıb: “Bunu pis tərəfə yozmayın. Sevda ilə işbirliyinə son qoydum. Hər nə baş verirsə, yaxşılığa doğru olur. Sevdaya gələcək işlərində uğurlar. Məndə isə sürprizlər qarşıdadır”.