Türkiyənin dünyaca məşhur müğənnisi Tarkan yeni ili Bakıda qarşılayacaq. Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kiprdən gələn 250 min dollarlıq təkliflərə razılaşmayan müğənni, Bakıdan 1 milyon lirəlik təklifə “hə” deyib. Məlumata görə, sənətçi ailəsini də ölkəmizə gətirmək niyyətindədir.