Türkiyənin tanınmış müğənnisi Sertap Erener övladlığa uşaq götürmək niyyətindədir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ifaçı övlad arzusunda olduğunu dilə gətirib: “Bir qadının 30-35 yaş arasında “Övlad dünyaya gətirim, mənim də uşağım olsun” istəyi daha çox olur. Amma 35 yaşdan sonra bu istək getdikcə yox olur. Həyat yoldaşımla qərara gəlmişik ki, övladlığa uşaq götürək. Onsuz da bütün uşaqlar bizimdir. Türkiyədən kənarda da övladlığa uşaq götürənlər çoxdur. Biz də bu addımı atmaq istəyirik”.
Qeyd edək ki, S.Erenər Demir Demirkanla 18 illik evlilikdən sonra boşanmışdı. Boşanandan bir neçə il sonra isə musiqiçi Emre Kula ilə ailə qurub.