ANS telekanalının keçmiş aparıcısı Aytən Səfərova ATV-də işə başlayıb. Lent.az-ın məlumatına görə, tanınmış aparıcı bu barədə sosial şəbəkədə xəbər verib: "Yeni kabinetim. Xeyirli olsun!"
Qeyd edək ki, A.Səfərova analıq məzuniyyətində idi. O, bu yaxınlarda yeni layihəsi ilə tamaşaçıların qarşısına çıxacaq.