<span style="color:red;">Müğənni Tacir:  "Onun üstündə haqqım var, mən də halal eləmirəm" - <span style="color:red;">QALMAQAL
09 iyun 2017 17:07 (UTC +04:00)

Müğənni Tacir: "Onun üstündə haqqım var, mən də halal eləmirəm" - QALMAQAL

 

“Qarabağ bülbülləri” ansamblının yaradıcısı və rəhbəri, bəstəkar Murad Rzayevin müğənni Tacir Şahmalıoğlu barədə söylədiyi “Haqqımı ona halal eləmirəm” fikirləri cavabsız qalmayıb. Lent.az-a açıqlama verən T.Şahmalıoğlu bildirib ki, M.Rzayevin bu sözləri deməyə heç bir haqqı yoxdur: “O mənə elə deyirsə, mən də ona haqqımı halal eləmirəm. Çünki mənim onun üstündə çox haqqım var. Mənim hesabıma bütün dünyaya tanındı. “Qarabağ bülbülləri” ansamblı mənim hesabıma tanınıb. O ansambldan məndən başqa tanınan var?".

 

Xalq artisti Aygün Bayramova və əməkdar artisti Teymur Əmrahın də eyni qrupdan çıxdığını xatırlatdıqdan sonra Tacir fikirlərinə əlavə edib: "Teymur Əmrah yox, Aygün Bayramova bizim dördlüyün içində gedirdi. Orada yalnız mənim oxuduğum qızıl fondda qalıb. Teymur Əmrah orada yoxdur. Teymur qızıl fondda nəylə qalıb? O , bu günə qədər nə oxuyub ki? Murad Rzayevə gəlincə, onun dedikləri hamısı yalandı”.

 

T.Şahmalıoğlu daha sonra "Bayatı Şirazı" improvizasiya elədiyi iddiasına da cavab verib: “Bilsinlər ki, “Bayatı Şiraz” mənimdir. Mənim beynimə gəlib,  improvizasiya eləmişəm. Bunu eləmək Murad Rzayevin ağlına gələ bilməzdi". 

 

Qeyd edək ki, M.Rzayev Kulis.az-a müsahibəsində T.Şahmalıoğlu barədə bu sözləri demişdi: “Zəng eləsəm, zəngimi açmayacaq. Açmağı cəhənnəm, haqqımı da danır. Bir dəfə demişdi ki, “Bayatı Şiraz”ı özüm belə oxumuşam. Axırı çıxdıq televiziyaya, sübut elədik ki, improvizasiya kimindir. Fonda da mənim adımla düşüb. Bütün dünya bilir bunu.  Bəli, onu məşhurlaşdıran mənim “Bayatı Şiraz” muğamında etdiyim improvizə oldu. Tarixə də mənim adımla düşüb. Bu ifa təkcə Taciri yox, “Qarabağ bülbülləri”ni də məşhurlaşdı”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07