Ötən gün şairə Leyli İsrafilova (Erol) və türkiyəli bəstəkar Hakan Erolla nikah masasına oturub.
Lent.az-ın məlumatına görə, paytaxt restoranlarının birində keçirilən ziyafətdə şou əhli o ki var əylənib. Onların xoş günlərinə şou-biznesin ən tanınmış simalar qatılmışdı.
Gecədə ən diqqət çəkən məqamlardan biri Hakan Erolun “Ah, İstanbul” mahnısını ifa etməsi olub. Gecə saatlarınadək davam ziyafət qonaqların alqışları ilə yekunlaşıb.
Tanınmış cütlüyün toyunda xalq artisti Aygün Kazımova, əməkdar artist Ədalət Şükürov, Lalə Məmmədova, Elza Seyidcahan, Abbas Bağırov, müğənnilərdən - Nadir Qafarzadə, İlhamə Qasımova, Elnur Məmmədov, Roza Zərgərli, Sevda Yahyayeva, Samir Piriyev, Günay İbrahimli, Aysel Əlizadə, Ayaz Qasımov, Niyam Səlami, Zamiq Hüseynov, Azad Şabanov, Mir Yusif, prodüserlər - Tolik (Tarix Əliyev), Təranə Səmədova, bəstəkar Pərviz Mahmudov, rejissor Aynurə Səmədova, reper Qurd, aparıcılardan İlkin Həsəni, Afaq Gəncəli və digər tanınmışlar qonaq idi.
Qeyd edək ki, L.Erol və H.Erol Aygün Kazımova “Səndən adam olmayacaq”, Zülfiyyə Xanbabayeva “İlk baxışdan”, Abbas Bağırov “Sənsiz olmaz”, Səidə Sultan “Məni dəli et”, Əkbər “Yanımdan ayrılma”, Ceyla “Unuduram” kimi bir çox mahnıların müəllifləri kimi
tanınırlar.
Hakan Erol və Leyli Erolun toyundan görüntüləri təqdim edirik.