Türkiyədə ən çox vergi ödəyən şəxslərin siyahısı açıqlanıb.
Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, bir çox böyük layihələri ilə uğur qazanan Acun Ilıcalı 4 milyon 976 min 881,93 lirə (təxminən 2 milyon manat) gəlir vergisi verib. Keçən il siyahıda 15-ci olan Ilıcalı bu göstərici ilə bu il 46-cı sıraya geriləyib. Əvvəlki siyahıda 73-cü yerdə olan məşhur şoumen Cem Yılmaz isə 4 milyon 453 min 228,40 lirə gəlir vergisi verib və 60-cı yerə yüksəlib.
Keçən il 100 nəfərlik siyahıya daxil olan tanınmış aktyor və manken Kıvanç Tatlıtuğ isə bu il ən çox vergi verənlərin arasında düşə bilməyib.
Qeyd edək ki, K.Tatlıtuğ keçən il dövlətə 2 milyon 642 min 539,77 lirə vergi ödəmişdi və siyahıda 90-cı olmuşdu.
Onu da qeyd edək ki, bu il 100 nəfərlik siyahıya düşənlərdən 38-i adının açıqlanmasını istəməyib.