Şou-biznes əhli: Kimlər nə qədər vergi ödəyir?
10 oktyabr 2014 15:04 (UTC +04:00)

Şou-biznes əhli: Kimlər nə qədər vergi ödəyir?

Ölkədə əlinə mikrofon alıb oxuyub-oynayan müğənnilər, bu gün ömrünü elm öyrənməyə həsr edən insanlardan dəfələrlə çox qazanırlar. Lent.az-ın analtik.az-a istinadən məlumatına görə, onlar bir gündə ən çoxu 10-15 min manat, ən azı isə 5-3 min manat qazanc götürürlər. Hətta elə müğənnilər var ki, bir günə 10-15 min manat qazanmaq üçün onun bütün toyu idarə etməsinə ehtiyac yoxdur. Çünki onun yarım saatının qiyməti elə 5-10 min manatdır. Təsəvvürünüzə gətirin ki, həmin müğənni bir gün ərzində 5 toyda yarım saat görünməyinə görə fantastik məbləğ, başqa sözlə 25-50 min manat qazanır. 

 

 

 

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bazar iqtisadiyyatında qiymətlərin müəyyənləşdirilməsi tələb və təklif əsasında formalaşır: “Bu istiqamətdə onu qeyd etmək olar ki, şou-biznesin inkişafı və qısa müddət ərzində ölkəyə kütləvi valyuta axınları bu qədər dəbdəbəli mərasimlərinin, toy məclislərinin keçirilməsinə, eləcə də müğənnilərin xidmətlərini yüksək səviyyəyə gətirib çıxarıb. Burda tənzimləmə, yuxarı və aşağı hədd yoxdur.”

 

 

R. Həsənov onu da qeyd etdi ki, əhali müğənnilərin xidmətindən istifadə etməkdə maraqlı olduğundan bu da qiymətlərin qalxmasına səbəb olub: “Müğənnilər qiymətin daha yüksək olmasında maraqlıdırlar. Onların əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsində ciddi şübhələr var. Müğənnilərin hansı qaydada vergiyə cəlb edilməsi qaydalarının təkminləşdirilməməsinin nəticələrini bu gün görürük. Qanunvericiliyə görə rüblük dövriyyə 150 min manata qədər isə, fiziki şəxs kimi 4 faiz vergi ödəyir. Əgər dövriyyə 150 min manatı ötürsə, vergiyə cəlb olunan mənbə dəyişərək hüquqi şəxs statusu daşıyır və Əlavə Dəyər Vergisinə (ƏDV) keçir. Burda artıq müğənnilər müxtəlif vergi növlərini ödəməlidirlər. Bir toya 10 min manata gedən müğənnidən söhbət gedirsə, ayda təxminən 20 toyu olursa, aylıq qazancı 200 min manat edir. Bunu isə bir ilə, yəni 12 aya vuranda 2 milyon 400 min manat gəlir əldə etmək deməkdir. Bu isə o deməkdir ki, onun gəliri artıq hüququ şəxs dərəcəsinə çatır, əlavə olaraq 18 faiz ödəməlidir. Üstəlik Dövlət Sosial Müdafiə Fonduna qazancının 23 faizini ödəniş etməlidir ”.

 

İqtisadçı belə yüksək dövriyyələrin vergiyə cəlb edilməsi istiqamətində tədbirlər görülməsinin vacib olduğunu vurğuladı: “Bu həm dövlət büdcəsinin gəlirlərinin artmasına, həm də qeyri-neft sektorunun leqallıq faizinin yüksəlməsinə səbəb olardı. Toy edənlər də müğənnilərə verilən pullarına qənaət etməli, israfçılığa yol verməməlidirlər.”

 

 

 

Millət vəkili Fazil Qəzənfəroğlu isə deyir ki, hazırda toylarda yol verilən israfçılıqla bağlı müəyyən məsələlərin müzakirəsi aparılsa da, müğənnilərin toy qiymətlərinə müdaxilə tövsiyə xarakterli olması məqsədəuyğundur: “Hökumət toy bazarında qayda-qanun yaratmaq üçün müvafiq addımlar atır. Xüsusilə, mədəniyyət çərçivəsində bu problemin çözülməsi tövsiyələr şəklində həyata keçirilə bilər. Yas mərasimlərində xeyli effekt doğuracaq bir addım atılıb. Hesab edirəm ki, toy mərasimləri üçün də belə bir addımın atılması mümkündür ”.

 

Hazırda toy bazarında bir gününün qiyməti 10 min manat olan müğənnilərdən bəziləri ilə əlaqə saxlamağa çalışdıq. Bir günlük toya 10 min manata gedən Abbas Bağırov dedi ki, 2003-cü ildən vergi ödəyicisidir. Ödədiyi verginin miqdarına gəldikdə isə müğənni bildirdi ki, bu işlərlə maliyyə məsələləri üzrə köməkçisi məşğul olur: “Rüblük və ya illik nə qədər vergi ödədiyimi dəqiq deyə bilmərəm. Amma mən artıq 11 ildir ki, vergi ödəyicisiyəm ”.

 

“Maral”la toy qiymətini daha da qaldıran Nadir Qafarzadə isə sualımıza çox sərt şəkildə reaksiya verdi: “Sizə nə var mən nə qədər vergi ödəyirəm. Özüm bilərəm nə qədər ödəyirəm. Bu mənim şəxsi məsələmdir. Bu şou-biznesdə bircə Nadir Qafarzadə var? Başqalarından niyə soruşmursunuz? Soruşun başqalarından da... 100-cü də mən cavab verərəm...”

 

Müğənni Lalə Məmmədova ümumu gəlirinin 4 faizini vergi orqanlarına ödədiyini vurğuladı: “Vergi ödəyicisi kimi çoxdan qeydiyyatdan keçmişəm. Özümü sırf toy müğənnisi də hesab etmirəm. 4 faiz vergi ödəyirəm ”. L. Məmmədova da nə qədər vergi ödədiyini bilmir: “Analıq məzuniyyətində olduğuma görə bu məsələlərə maliyyə məsələləri üzrə məşğul olan şəxs baxır ”.

 

 

Gözlənildiyi kimi müğənnilərin heç biri qazanclarından dövlətə nə qədər vergi verdiklərini bildiklərini dedilər. Halbuki soruşanda ki, yeni avtomobilini ya ayaqqabını neçəyə alırsan , qiymətlərini can-başla reklam edib deyəcəklər. Bu isə onu düşünməyə əsas verir ki, şou-biznes nümayəndələri vergi şəklində ödədikləri qəpik-quruşu ya deməyə utanırlar, yaxud da ümumiyyətlə vergi vermirlər... 

 

Məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovla da əlaqə saxladıq. Ş. Məmmədov Analitik.az-a bildirdi ki, müğənnilərin nə qədər vergi ödəməsi onların kommersiya sirri sayılır. Qanunvericiliyə əsasən, vergi ödəyən insanın bu barədə icazəsi olarsa, belə məlumatlar açıqlana bilər: “Ona görə də biz mətbuata hansı müğənninin nə qədər vergi ödədiyini deyə bilmərik. Müğənni sadələşdirilmiş ödəyici ola bilər. Sadələşmiş ödəyici öz ümumi dövriyyəsinin 4%-ni vergi olaraq ödəyir və bu da az məbləğ deyil ”.

 


Şahin Məmmədov müğənnilərdən alınan vergilərin necə tənzimlənməsindən də danışdı: "Vergi qanunvericiliyində müəyyən edilmiş qaydalara əsasən müğənni olan şəxslər öz vergilərini zamanında ödəməlidir. Müğənni rübdə bir dəfə ödəmə prosesini həyata keçirərək və yaxud vergi bəyannaməsini təqdim etməklə vergisini ödəyə bilər. Vergi gecikdirildikdə bəyannamə ilə müraciət olunur, əgər yenə müraciətə əhəmiyyət verilmirsə, o zaman maliyyə sanksiyası təqdim olunur. Yenə də gecikmə davam edərsə, məbləğin üzərinə faizlər və əlavələr yüklənilir ”.

 

Hazırda Azərbaycanda neçə müğənni vergi ödəyir, sualımıza vergilər nazirliyinin nümayəndəsi bir qədər sonra zəng edib cavab verəcəyini desə də, sonradan zəngimizə cavab olaraq söylədi ki: “İşçilərimiz müğənnilərin sayını hesablayırlar...” Amma 2 gün ərzində nədənsə nazirliyin işçiləri vergi ödəyən müğənnilərin sayını hesablayıb bizə cavab verə bilmədilər...

 

 

Biz isə cəmiyyətimizə onsuz da məlum olan müğənnilərin fantastik toy qiymətlərini bir daha sizlərə xatırladırıq:

 

Bir gün ərzində toyun idarə edilməsi :

 

Faiq Ağayev – 12.000 manat
Brilliant Dadaşova – 10.000 manat
Abbas – 10.000 manat
Nadir Qafarzadə – 10.000 manat
Nazpəri – 10 000 manat
Ramal -10.000 manat
Elton – 8000 manat
Xatirə İslam – 6 000 manat
Aygün Bəylər – 6 000 manat
Cabbar və Könül – 6 000 manat
Təranə və Musa – 6000 manat
Mətanət İsgəndərli – 6 000 manat
Zamiq – 6 000 manat
Vasif Məhərrəmli – 6 000 manat
Səməd Səmədov – 6000 manat
Manaf Ağayev – 5 000 manat
Ayaz Qasımov – 5 000 manat
Samir Piriyev – 5 000 manat
Elçin Cəfərov – 5000 manat
Xəyyam Nisanov – 5 000 manat
İzzət Bağırov – 5000 manat
“Şeron” qrupu – 4000 manat
“Qala” qrupu – 4000 manat
Emil Bədəlov – 4000 manat
Elvin Abdullayev – 4000 manat
Şəbnəm Əsədova(Tovuzlu) – 4000 manat
Elariz – 4000 manat
Elçin Hüseynov – 4000 manat
Kərim – 4 000 manat
Nüşabə Ələsgərli – 4 000 manat
Almaz Ələsgərova – 4 000 manat
Baloğlan – 4 000 manat
Elnarə Abdullayeva – 4 000 manat
Cavanşir – 3 500 manat
Könül Xasıyeva – 3 000 manat
Zenfira İbrahimova -3000  manat
Xatun – 3 000 manat

 

 

 

Toyda 30 dəqiqəlik çıxış:

 

 

Röya – 6000 manat
Aygün Kazımova – 5 000 manat
Brilliant Dadaşova – 4 000 manat
Faiq Ağayev – 4 000 manat
Ədalət Şükürov – 3000 manat
Abbas Bağırov – 3000 manat
Zamiq – 3000 manat
Nadir Qafarzadə – 3000 manat
Rəqsanə – 2 500 manat
Sevda Yahyayeva – 2500 manat
Cabbar-Könül – 2 500 manat
Xumar Qədimova – 2 000 manat
Tünzalə Ağayeva – 2 000 manat
Rəhim Rəhimli – 2 000 manat
Nüşabə Ələsgərli – 2 000 manat
Təranə Musayeva – 2 000 manat
Elnarə Abdullayeva – 2 000 manat
Manaf Ağayev – 2 000 manat
Xatirə İslam – 2 000 manat 
Mənsun İbrahimov – 2 000 manat
Səidə Sultan – 1500 manat
Xuraman Şuşalı – 1 500 manat
Vasif Məhərrəmli – 1 500 manat
Xəyyam Nisanov – 1 500 manat
İzzət Bağırov – 1 500 manat
Aşıq Əli – 1 500 manat
Şəbnəm Əsədova (Şəmkirli) – 1500 manat
Aşıq Telli – 1 500 manat
Leyla Ramazanlı -1500 manat
Almaz Ələsgərova – 1 000 manat
Könül Xasıyeva – 1 000 manat
Xatun – 1 000 manat
Səməd Səmədov – 1 000 manat
Ayan – 1 000 manat
Elariz – 1 000 manat
Zöhrə Abdullayeva – 1 000 manat
Teymur Əmrah – 1 000 manat
Nura Suri – 1 000 manat
Zenfira İbrahimova -1000  manat
 

# 2141
avatar

Oxşar yazılar