Sorosun «Rusiya gözəlçəsi»nə qarşı ittihamları ləğv edilib
02 oktyabr 2013 07:45 (UTC +04:00)

Sorosun «Rusiya gözəlçəsi»nə qarşı ittihamları ləğv edilib

Məhkəmə «Rusiya gözəlçəsi»nə qarşı ittihamlar ləğv edilib

Nyu-York məhkəməsi «Rusiya gözəli-98» müsabiqəsinin qalibi Anna Malovanı cinayət məsuliyyətindən azad edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, narkomanlıqdan müalicə olunduqdan sonra narkotik maddələrin əldə edilməsi üçün saxta reseptlər hazırlayırmış.

O, bir neçə ilə ABŞ-da yaşayıb. «Rusiya gözəlçəsi» bu ölkədə saxta reseptlər hazırlamaq, xırda oğurluq kimi cinayət əməllərində ittiham olunub. Ümumilikdə son üç ildə o, 10 maddə üzrə qanunu pozub. Bu halda A.Malovaya 7 il iş kəsilə bilərdi. «Rusiya gözəli» ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib. Məhkəmə onun yenidən müalicə olunması barədə qərar çıxarıb.

Rusiyanın Yaroslavl vilayətində anadan olmuş Anna Malova 1998-ci ildə «Rusiya gözəli» olub. Həmin il «Dünya gözəli-98» yarışmasının finalına çıxıb.

Bəzi informasiya vasitələri onun tanınmış amerikalı maliyyəçi Corc Sorosla əlaqələrindən də yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Oxşar yazılar