Şou-biznesin yeganə əkizləri, Sevinc-Sevil bacıları ötən gün doğum günlərini təmtəraqla qeyd edib. Lent.az-ın məlumatına görə, bacıların ad gününə bir çox tanınmış simalar qatılıb. Ad günlərində xeyli rəqs edən gecənin səbəbkarları onlara hədiyyə olunmuş “Eşq dəlisi” adlı klipi də təqdim ediblər. Birbirindən seçilməyən əkizlərdən Sevinc təəssüratlarını bölüşüb: “Ad günümüzə yalnız bizi sevən dostlarımız gəlib. Məqsədimiz həm ad günü, həm də yeni çəkilmiş klipimizi təqdim etməkdir. Söz və musiqisi Tural Bayraməliyevə məxsus “Eşq dəlisi” bəstəyə Türkiyədə ekranlaşdırılıb. Düşünürəm ki, klip bəyəniləcək. Qaldı ki, ad günümüzə, hər il doğum günümüzü qeyd etmirdik. Amma çox müzakirədən sonra bu il qeyd etməyi qərara aldıq. Düşünürəm ki, dostlarımızla gözəl bir gün keçirdik”.
Qeyd edək ki, təşkilatçılığını Sevinc və Sevilin meneceri Mehri Əliquliyevanın etdiyi gecəyə Manaf Ağayev, Ayaz Qasımov, Xatun, Ayan Babakişiyeva, Sevda Yahyayeva, Mətanət Əsədova, Günay İbrahimli, Elçin Hüseynov, Elçin Cəfərov, Sevinc Ağaşirinova, Xəyyam Nisanov, Gülay Zeynallı, Pərvin Lətifov, Nazənin, prodüserlər Tolik (Tarix Əliyev), Təranə Səmədova, idmançı Kamil Zeynallı, aparıcı Cavid Gül, Günay Rəhimova, Vüsalə Kərimova, Lalə Əlimuxtarova, aparıcı-aktyor Sərxan Kərəmoğlu, rəqqasə Fatimə Fətəliyeva və başqaları qatılıb.