Aktyor-rejissor Sərxan Kərəmoğlu yeni layihə hazırlayır.
Bu haqda məlumatı axşam.az-a rejissorun özü verib. O, yeni verilişinin Azərbaycanda böyük səs-küy doğuracağını iddia edib.
“Nə olsun?” adlanan veriliş oktyabrın 18-dən etibarən həftəiçi hər gün “Lider”də yayımlanacaq.
Verilişdə ölkənin tanınmış simaları qonaq olacaq. Şou formatlı ekran işində maraqlı mövzular, aktual olan qalmaqallar öz əksini tapacaq.
S.Kərəmoğlu “Nə olsun?”da bir-biri ilə küsülü olan tanınmışları üz-üzə gətirəcək:
“Kimin cəsarəti varsa, mənim verilişimə gəlsin. Maraqlı mövzularımız olacaq. Bu mövzular üzərində böyük yaradıcı heyət çalışır”.