QOÇLAR qarşılarında duran məsələlər barədə ciddi düşünməli və həqiqətən təcili olan işlərlə məşğul olmalıdırlar. Yoxsa işinizi başa çatdırmaq müşkül olacaqdır. Üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirməsəniz, insanlarla münasibətləriniz pisləşəcəkdir. Nəzərə alın ki, professional gələcəyiniz indiki qərarlarınızdan birbaşa asılı olacaqdır.
BUĞALAR bu həftədən maksimum istifadə etməlidirlər. Yaranmış imkanlardan faydalanmasanız, hələ uzun müddət belə bir fürsət əlinizə keçməyəcəkdir. Həyatınızı yaxşılaşdırmaq barədə hər hansı ideyanız varsa, onu həyata keçirməyə tələsin. İndi sizdən mütəşəkkillik və özünüz üçün nəsə etmək istəyi tələb olunur. Qalan məsələlərə hadisələrin uğurlu gedişi kömək edəcəkdir.
ƏKİZLƏR yadda saxlamalıdır ki, aza qane olmaq, heç nəyi olmamaqdan daha yaxşıdır. Ona görə də dostlar gələn həftə sizi kiçik bir layihəyə dəvət edəndə, bu təklifə biganə yanaşmayın. Birdən-birə varlanmayacaqsınız, amma müəyyən qədər gəlir götürəcəksiniz. Həyatın sizə verdiyi imkanlardan bərk yapışın və onu minnətdarlıq hissi ilə qəbul edin.
XƏRÇƏNGLƏR cəsarətlə qazanc barədə düşünə bilərlər. Ümumiyyətlə, bizneslə məşğul olanlar üçün çox yaxşı həftə başlayır. Başlıcası təşəbbüsü ələ alıb yeni tərəfdaşlarla möhkəm əlaqələr qurmaqdır. Bu halda bütün layihələriniz ən qısa müddətdə, artıq xərclər olmadan həyata keçəcəkdir.
ŞİRLƏR üçün çox əlverişli dövrdür. Müsbət dəyişikliklər ilk növbədə karyeranızda olacaqdır. Peşəkarlıq səviyyəniz və xidməti statusunuz artacaqdır. Bu günlər bir çox məsələlərlə bağlı məlumatlılıq səviyyənizi, dünyagörüşünüzü genişləndirəcəksiniz. Bunun sayəsində düşündüyünüzdən də tez uğur qazanacaqsınız.
QIZLAR bu həftə planlarını həyata keçirməyə başlamalıdırlar. Ola bilsin, əlçatmaz saydığınız çoxdankı layihələri yenidən gündəmə gətirəcəksiniz. Alış-veriş məsələləri də uğurlu olacaqdır. Eviniz üçün aldığınız əşyalar kefinizi açacaqdır.
TƏRƏZİLƏRƏ minimum zəhmətlə həyatlarını yaxşılığa doğru dəyişdirmək şansı verilir. Bu həftə yeni və böyük işlərin əsasını qoya bilərsiniz. Sizin üçün möhkəm əhəmiyyət kəsb edən məsələlərlə bağlı biliklərinizi artırmağa çalışmalısınız. Öyrəndiklərinizi dərhal təcrübədən keçirməyiniz sayəsində nüfuzunuz xeyli artacaqdır.
ƏQRƏBLƏR planlarını gizli saxlamalıdırlar ki, onları rahatlıqla və vaxtında həyata keçirə bilsinlər. Həftənin səmərəli olması üçün ilk növbədə kağız-kuğuz məsələlərini sahmana salmalısınız. Bu məsələləri indi həll etməlisiniz, yoxsa çərxi-fələk tərsinə dövran eləyib işlərinizi quyunun dibinə sala bilər.
OXATANLAR yollarındakı bütün maneələri asanlıqla dəf edəcəklər. Bütün problemləriniz müvəffəqiyyətlə həll olunacaqdır. İstədiyiniz nəticələrə nail olmaq üçün öz ideyalarınızı insanlarla bölüşün, ənənəvi metodlardan uzaqlaşmağı təklif edin. İşdə bu səylərinizi həm həmkarlarınız, həm də rəhbərlik maraqla qarşılayacaqdır. Evdə isə sizi yaxınlarınız dəstəkləyəcəklər.
OĞLAQLAR bu həftə həm evdə, həm də işdə sabitliyi qoruyub saxlamağa çalışmalıdırlar. Bunu etmək çox asandır. Sadəcə, ətrafdakılarla münaqişəyə girməmək, onların başına ağıl qoymamaq, öz fikirlərinizi zorla qəbul etdirməmək lazımdır. Onda yaxanızı işdəki problemlərdən qurtaracaqsınız. Şəxsi münasibətlərdə ehtiyatı əldən verməyin, imkan daxilində riskli hərəkətlərdən uzaq olun.
DOLÇALAR nüfuzlu adamları əməkdaşlığa cəlb etmək barədə düşünsələr, işlərində xeyli irəliləyəcəklər. İnsanları inandıra bilmək bacarığınızdan faydalanmalısınız ki, problemlərinizi həllinə kömək edə biləcək adamların dəstəyinə ümid bəsləyə biləsiniz. Şəxsi həyatda dəyişikliklər gözlənilir. Bu dəyişikliklər sürətli olsa da, çox xoş və baş gicəlləndirici təəssüratlar oyadacaqdır.
BALIQLAR işlərini diqqətlə planlaşdırmalı, vaxtlarını hədər keçirməməlidirlər. Əks halda rəhbərliyin mühüm tapşırığını unudub etibarsız adam kimi ad çıxaracaqsınız. Öz gücünüzə həddindən artıq güvənməyin. Unutmayın ki, ağac bar verdikcə, başını aşağı dikər. Gözünüz ayağınızın altını görməsə, “yıxılıb qol-qıçınızı sındıracaqsınız”.
AzərTac