Ötən gün Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə müdafiə naziri postundan uzaqlaşdırılan Səfər Əbiyev oğlunun toyu olub.
ANS PRESS-in məlumatına görə,“Buta Palace”da keçirilən möhtəşəm toy mərasimində Türkiyəli müğənni Rafet El Roman iştirak edib. Müğənni sevilən mahnıları ilə qonaqları əyləndirib.
Qeyd edək ki, Həsən və Nərminə cütlüyünün xoş günündə zalı türkiyəli dizayner Tuba Yavuzer bəzəyib.